Putindən əks həmlə! İcazə verildi, 16 min könüllü Ukraynaya qarşı döyüşəcək

14:55 11 Mart 2022

Əksəriyyəti Qərb ölkələrindən olan yüzlərlə könüllünün rus işğalçılarına qarşı döyüşmək üçün Ukraynaya getməsindən sonra Moskva da əks hücuma keçdi.

SİTAT.İNFO xəbər verir ki, Ukraynanı işğal etmək əmrini verən Rusiya lideri Putin könüllü döyüşmək istəyən şəxslərə çağırış edib.  Rusiya Müdafiə Nazirliyi Yaxın Şərqdən olan 16 min könüllünün rusiyapərəst separatçılarla birlikdə Ukrayna ordusuna qarşı döyüşməyə hazır olduğunu açıqlayıb.

Təhlükəsizlik Şurasını çağıran Putin müdafiə naziri Sergey Şoyqunun 16 min könüllünün Ukraynaya köçürülməsi təklifinə yaşıl işıq yandırıb.

Rusiya mətbuatı yazır ki, Putin bu qərarını belə əsaslandırıb:  “Dünyanın hər yerindən muzdluların toplayıb Ukraynaya göndərilməsinə gəlincə, görürük ki, Ukrayna rejimi və Ukraynanın Qərb sponsorları da bu addımı gizlətmir və beynəlxalq hüquqa məhəl qoymadan bunu açıq şəkildə edirlər”.

Putin Ukrayna ordusundan ələ keçirilən ABŞ istehsalı olan Javelin və Stringer raketlərinin Donbasdakı rusiyayönlü separatçılara çatdırılmasını da dəstəkləyib.



Xəbər xətti