Rusiya: Xarici silahların Ukraynaya göndərilməsi nüvə apokalipsisini yaxınlaşdırır

21:21 24 Mart 2023

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev xarici silahların Ukraynaya göndərilməsinin hər gün nüvə apokalipsisini yaxınlaşdırdığını ifadə edərək: "Qiyamətin dörd atlısı yoldadır və hərəkətə davam edir",-deyə bildirib.

Sitat.info xəbər verir ki, Medvedev paytaxt Moskvada rusiyalı jurnalistlərə müsahibəsində cari məsələlərlə bağlı açıqlama verib.

Nüvə müharibəsi ehtimalını dəyərləndirən Medvedev bildirib: "Ukraynaya xarici silahların göndərilməsi son nəticədə nüvə apokalipsisini hər gün yaxınlaşdırır. Bu, baş verəcək demək deyil, amma qiyamətin dörd atlısı yoldadır və davam edir. Buna əmin ola bilərsiniz".

Qeyri-qanuni ilhaq edilmiş Krımın geri alınması ilə bağlı bəyanatlarına toxunan Medvedev bunun “təbliğat” olduğunu bildirib.

"Əgər Krımı ələ keçirmək cəhdləri ilə bağlı ciddi hücumlar olarsa, bu, bütün müdafiə vasitələrindən, o cümlədən nüvə qarşısının alınması doktrinasında nəzərdə tutulan silahlardan istifadəyə səbəb olacaq”, - Medvedev bildirib.

Məğrur

Sitat.info



Xəbər xətti