Ukrayna ordusu 5 yaşayış məntəqəsini  geri aldı

15:33 11 Mart 2022

Ukrayna Ordusu Çerniqov vilayətinin 5 yaşayış məntəqəsini Rusiya işğalından azad edib.

Unian-ın xəbərinə görə,  bu barədə "Şimal” operativ komandanlığı məlumat yayıb.

Bildirilib ki, Rusiya silahlı dəstələri bütövlükdə döyüş qabiliyyətində deyil, zabit heyəti arasında vahimə var. 

"İndi Çerniqovun yaşayış məntəqələrində Ukraynanın dövlət bayrağı dalğalanır. Əməliyyat nəticəsində Rusiyanın ələ keçirilən iki zirehl döyüş maşını bundan sonra Ukraynaya xidmət edəcək” deyə açıqlamada qeyd edilib.



Xəbər xətti