Diqqət! - Bu mərkəzi prospektdə hərəkət məhdudlaşdırılacaq

13:28 25 Mart 2023

Bakının mərkəzi prospektində asfalt örtüyü dəyişdirilir.

Sitat.info xəbər verir ki, bu barədə report-a Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.

O, qeyd edib ki, paytaxtın Neftçilər prospekti və akademik Zərifə Əliyeva küçələrində asfalt örtüyünün dəyişdirilməsi məqsədilə təmir bərpa işləri aparılır.

"Bunu nəzərə alaraq sürücülərdən həmin ərazilərdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi xahiş edirik", - DYP rəsmisi söyləyib.

A.Əsgərlinin sözlərinə görə, asfalt örtüyünün dəyişdirilməsi martın 25-dən martın 26-sı axşam saatlarına qədər davam edəcək.



Xəbər xətti