Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti ucuzlaşıb.
“Sitat.info” xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,51 ABŞ dolları, yaxud 3,19 % azalaraq 76,25 ABŞ dolları təşkil edib.
Ötən gün isə Azərbaycan neftinin 1 barelinin qiyməti 78,76 ABŞ dolları olub.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.