Mikroavtobus piyadaları VURDU: Ölənlər var

10:50 27 Mart 2023

Yevlaxda avtomobil iki qadını vurub.

Sitat.info lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Nizami prospektində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Ruslan Sakit oğlu Abdullayev idarə etdiyi "Qaz-322132" markalı mikroavtobusla 1975-ci il təvəllüdlü Səbinə Rafiq qızı Ələsgərova və 1962-ci il təvəllüdlü Bəsdi Halay qızı Mirzəyevanı vurub.

Piyadalardan Səbinə Ələsgərova hadisə yerində ölüb, xəsarət alan Bəsdi Mirzəyeva xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb.



Xəbər xətti