Ermənilər Qarabağda Ordumuzun qarşısını almaq üçün bu yola əl atır - VİDEO

12:48 27 Mart 2023

Ermənilər Qarabağda Azərbaycan ordusunun hərəkətini izləmək üçün videomüşahidə kameralarını aktivləşdirməyi təklif edir.

Sitat.info xəbər verir ki, Ermənistan parlamentinin deputatı, hərbi ekspert Tiqran Abramyan Qarabağda müşahidə kameralarının 2015-ci ildə quraşdırıldığını deyib.

Onun sözlərinə görə, sonradan müşahidə imkanları daha da təkmilləşdirildi və təkcə müşahidə yox, həm də kəşfiyyat aparmağa imkan verən avadanlıqlar quraşdırıldı.

“Müharibədən sonra bu sistemlərdən lazımınca istifadə edilmir, yaxud etmək mümkün deyil. Həmin müşahidə sistemlərini yenidən işə salmaqla Azərbaycan ordusunun atacağı addımları öncədən bilmək olar. Bu imkan verər ki, önləyici addımlar atılsın”, - Abramyan separatçılara təklif edir.

Asif

 



Xəbər xətti