İsveçrə nüvə silahı ilə bağlı təcili ÇAĞIRIŞ ETDİ

13:44 27 Mart 2023

Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirəcəyini elan etdikdən sonra İsveçrə “nüvə silahları ilə bağlı bütün riskləri azaltmaq üçün təcili tədbirlər görmək üçün” çağırış edib.

Sitat.info-nun məlumatına görə, bu barədə İsveçrə Xarici İşlər Nazirliyi öz Twitter hesabında məlumat yayıb.

“Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirməyi planlaşdırması ilə bağlı xəbərlərə əsaslanaraq, İsveçrə nüvə silahı ilə bağlı bütün riskləri azaltmaq üçün təcili tədbirlər görməyə çağırır”, - postda deyilir.

Nüvə müharibəsinin heç vaxt qalib gələ bilməyəcəyini və qalib gəlməməli olduğunu vurğulayan yazıda gərginlikdən uzaq durmaq çağırışı da yer alıb.



Xəbər xətti