Bu marşrutların hərəkət sxemində dəyişiklik ediləcək

15:26 27 Mart 2023

150, 152, 180 və 187 nömrəli müntəzəm marşrutların hərəkət sxemində dəyişiklik ediləcək.

Bu barədə “Sitat.info”ya Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. 

Bildirilib ki, buna səbəb “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən 29, 30 və 31 martda Pirallahı rayonu ərazisində Dübəndi-Zirə mənzili 31 km pk 3-də və Zirə-Gürgan mənzilinin 35 km pk 9-da qorunmayan dəmiryol keçidlərində aparılacaq təmir işləridir.

Rəsmi məlumata görə, nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq ediləcəyi halda, 150,152,180 və 187 nömrəli müntəzəm marşrutların hərəkət sxemi alternativ küçələrlə təşkil ediləcək.

 



Xəbər xətti