Bayden Konqresi hücum silahlarını qadağan etməyə çağırır

12:13 28 Mart 2023

ABŞ prezidenti Co Bayden Konqresi Nashville məktəbində atışmadan sonra hücum silahlarını qadağan etməyə çağırıb.

Sitat.info xəbər verir ki, ABŞ prezidenti Co Bayden ABŞ-ın Tennessi ştatının Neşville şəhərində məktəbə atışma baş verdikdən sonra hücumun "çox kədərli" olduğunu ifadə edərək, bunu "bir ailənin ən pis kabusu" olaraq xarakterizə edib. Silahlı zorakılığın dayandırılması üçün daha çox iş görülməsi lazım olduğunu vurğulayıb. Bayden, sözügedən hücumların “cəmiyyəti parçaladığını” bildirib. Bayden məktəbləri qorumaq üçün daha çox iş görülməli olduğunu bildirib və Konqresi hücum silahlarını qadağan etməyə çağırıb.

Qeyd edək ki, Neşvildə Covenant Presbyterian kilsəsinə bağlı məktəbə silahlı hücum nəticəsində 3-ü uşaq və 3-ü böyük olmaqla ümumilikdə 6 nəfər həlak olmuşdu. Hücum edənin 28 yaşlı qadın olduğu və üzərində iki yarı avtomatik tüfəng və bir tapança olduğu bildirilmişdi.

Məğrur

Sitat.info



Xəbər xətti