Banklara 96,3 milyon dollar satıldı

13:30 28 Mart 2023

Martın 28-i Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

Bankdan “Sitat.info”ya verilən məlumata görə, hərracda tələb 96,3 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub, manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Hərracda tələbin nisbətən yüksək olması bayram günləri ilə əlaqədar qrafik üzrə 2 hərracın keçirilməməsi səbəbindən yığılmış tələblə əlaqədardır.

 



Xəbər xətti