Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.
SİTAT.İNFO Report-a istinadən xəbər verir ki, bu barədə “Interfaks” yazıb.
Bildirilib ki, qurum həmçinin məhkəmələr vasitəsilə “Meta”nı ekstremist təşkilat kimi tanımaq istəyir.