Fazil Mustafa ilə bağlı yayılan açıqlamada ciddi səhv - Hüquqşünas danışdı

11:54 29 Mart 2023

"Fərdi məlumatların qorunması çox önəmlidir. İstənilən rəsmi qurum məlumat yayarkən fərdi məlumatların qorunmasına diqqət etməlidir.

Aşağıdakı abzas DTX-nın rəsmi press-relizindən götürülüb, yalnız ev ünvanındakı rəqəm tərəfimdən x ilə əvəzlənib:

"28 mart 2023-cü il tarixdə saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev (x) “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilmişdir."

Çox təəssüf ki, bu məlumatda ictimai əhəmiyyət daşımayan fərdi məlumat-dəqiq ev ünvanı tirajlanıb".

Sitat.info xəbər verir ki, bu sözləri hüquqşünas Ələsgər Məmmədli deyib. 

O bildirib ki, Fərdi məlumatlar haqqında Qanunun 5-ci maddəsi şəxsin razılığı olmadan bu məlumatın yayaılmasını nəzərdə tutmur: " Mən əmin deyiləm ki, silahlı sui-qəsdə məruz qalan və xəstəxanada müalicə alan deputat o vəziyyətində gecə saat 1-də belə bir yazılı razılıq versin.

İnformasiyada "Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında" silahlı terrora məruz qalma - olan hissə ictimai əhəmiyyətli məlumatdır və yayılması önəmlidir lakin dəqiq ev ünvanının yazılı razılıq olmadan ictimaiyyətə açıq paylaşılan məlumatda yerləşdirilməsi fərdi dataların qanunsuz yayılmasıdır".

Ə.Məmmədli vurğuladı ki, bu məlumat cinayət işinə əlavə edilə birlər, lakin istənilən ictimai yayılan məlumatların içərisindən çıxarılaraq yayılmalıdır: "Rəsmi dövlət qurumları fərdi dataların qorunması baxımından daha diqqətli olmalıdır".

Nərgiz,

Sitat.info



Xəbər xətti