Fazil Mustafa hadisədən öncə bu deputatla danışıb: "İftar süfrəsindən gəlirdi..."

14:06 29 Mart 2023

 "Terror hücumundan bir azca qabaq, saat 21.28 dəqiqədə Fazil bəy mənə zəng vurmuşdu. İftar süfrəsindən gəlirdi, hələ evinə çatmamışdı. Bir az bu günlərdə yazdığı yazılardan danışdıq, zarafatlaşdıq, sonra isə bu günlərdə birlikdə bir iftar süfrəsi təşkil edib ehtiyacı olan inanclı insanlarımızla bir araya gələcəyimizin detallarını müzakirə etdik".

Bu sözləri deputat Musa Quliyev Sitat.info-ya açıqlamasında deyib. 

O deyib ki, internetdə bir az önca telefonda danışdığımız Fazil bəyin güllələnməsi xəbərini oxuyanda, əvvəl inanmadım, təxribatçı məlumat ola biləcəyini düşündüm: " Telefonunu ylğdım, əvvəl xətt məşgul göstərdi, sonra zəng çatmadı. Ortaq dostlarımızı aradım. Hamı şokda idi. Qüdrət bəy nəhayət, qardaşı Nazim müəllimlə danışa bildi, təcili yardım maşını ilə stasionara götürüldüyünü öyrəndik.

Şükür ki, düşmən niyyətin çatmadı, Fazil bəy əməliyyat olundu, yaralarına və çoxlu qan itirməyinə baxmayaraq idmançı bədəni möhkəmdir və qısa müddətdə sağlamlığı tam bərpa olunacaq".

M.Quliyev deyib ki, dünən gecə mən 1 saylı Klinik Mərkəzin qarşısında böyük izdihamın toplaşdığını gördüm: "İzdihamdakı insanların çoxu bəlkə də, Fazil Mustafanı şəxsən tanımırdılar. O insanlar əsil Vətəndaşlarımız olaraq Dövlətə atılan gülləyə, terrora etiraz edərək gəlmişdilər. Haqqın yanında olduqlarını bəyan etmək üçün, dövlətə, cənab Prezidentə dəstək üçün milli birliyimizi nümayiş etdirərək gəlmişdilər. Əminəm ki, bu mənhus cinayəti törədənlər, təşkil edənlər və sifariş verənlər qısa müddətdə tapılacaq və layiqli cəzasını alacaq".

Nərgiz,

Sitat.info



Xəbər xətti