“Azeri Light” bahalaşır

09:30 30 Mart 2023

Dünya bazarında “Azeri Light” (CIF) markalı nefti bahalaşmaqda davam edir.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,12 ABŞ dolları və ya 0,15% artaraq, 80,86 dollar təşkil edib.

Ötən gün Azərbaycan neftinin 1 barelə olan qiyməti 80,74 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

 



Xəbər xətti