Tehran Bakını yenə təhdid etdi - Video

16:21 30 Mart 2023

Qafqazda bir neçə həssas məsələ var, onlardan biri də Azərbaycan sərhədləri yaxınlığında sionist rejim elementlərinin olmasıdır.

Sitat.info xəbər verir ki, bunu İran ordusunun Quru Qoşunlarının komandanı Kiyumərs Heydəri deyib.

O bildirib ki, “İran sionist ünsürlərin region ölkələrində mövcudluğuna dözməyəcək” və onlara qarşı çıxacaq:

“Digər bir məsələ regionda dövlət sərhədlərinin dəyişdirilməsinin qanunsuzluğudur. İran qonşu ölkələrin sərhədlərinə hörmətlə yanaşır və onların dəyişdirilməsinə imkan verməyəcək”.



Xəbər xətti