Azərbaycanla İtaliyanın gömrük orqanlarının əməkdaşlığının perspektivləri müzakirə edilib

23:31 30 Mart 2023

Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffuri ilə görüşüb.

Sitat.info DGK-nin saytına istinadən xəbər verir ki, görüşdə iki ölkənin gömrük orqanlarının ilkin məlumat mübadiləsi istiqamətində əməkdaşlığının perspektivləri barəsində müzakirələr aparılıb.

Görüşdə Azərbaycanla İtaliya arasında qarşılıqlı əməkdaşlıq münasibətlərindən, həmçinin gömrük sferasında daha səmərəli və işgüzar əlaqələrin qurulmasının vacibliyindən bəhs edilib

İtaliya Respublikasının Azərbaycanın mühüm ticarət tərəfdaşlarından biri olduğu, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı və tənzimlənməsinə gömrük orqanlarının da mühüm töhfə verdiyi bildirilib. Eyni zamanda iki ölkənin gömrük orqanlarının ilkin məlumat mübadiləsi istiqamətində əməkdaşlığının perspektivləri barəsində müzakirələr aparılıb.



Xəbər xətti