Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında yeni kommunikasiya bağlantılarının yaradılması üçün Araz çayı üzərində tikiləcək iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpü, eləcə də rabitə və enerji təminatı infrastrukturu Ermənistanın dövlət sərhədinə 5 km məsafədən keçəcək.
“Report” xəbər verir ki, tərəflər ərazilərində gündə 500 ədəd giriş və 500 ədəd çıxış olmaqla, ən azı 1000 ədəd yük nəqliyyatı parkını (ixrac, idxal və tranzit malları) qəbul edə biləcək dövlət sərhədindən buraxılış məntəqəsinin tikilməsini öz öhdəsinə götürüb.
Tərəflərin qanunvericiliyi ilə müəyyənləşdiriləcək şirkət layihə sənədlərini bir ay müddətində hazırlayacaq və qanunvericiliyin tələblərinə uyğun olaraq razılaşdırılacaq.