Hindistanda məbəddə bədbəxt hadisə - 35 nəfər öldü

09:44 31 Mart 2023

Hindistanın İndor şəhərində yerləşən məbəddə bədbəxt hadisə baş verib. 

Bu barədə “Qafqazinfo” “Agence France-Presse”ə (AFP) istinadən xəbər verir.

Məlumata görə, məbəddəki quyunun qapağı onun üstünə çıxan möminlərin çəkisinə tab gətirməyib və onlar ora yıxılıb.  

Nəticədə 35 nəfər həyatını itirib, bir nəfər itkin düşmüş hesab olunur.

Hazırda itkinin axtarışları davam etdirilir.

 



Xəbər xətti