Novobavarskiyə 9 raket atıldı: Yaralananlar var - FOTO

10:31 31 Mart 2023

Dünən axşam saatlarında ruslar Xarkovun Novobavarski rayonuna raket hücumu həyata keçirib. 
Sitat.info xəbər verir ki, ümumilikdə, S-300 hava hücumundan müdafiə sistemi ilə şəhərə 9 raket atılıb.

Raket zərbəsi nəticəsində Xarkovda mülki infrastruktur obyekti və fərdi yaşayış binaları zədələnib. Xoşbəxtlikdən raketlərin bir hissəsi yerə dəyib və havada partlayıb.

 Novobavarski rayonunda üç nəfər ağır yaralanıb. Xarkov vilayətinin İzyum rayonundakı hücumdan sonra daha iki vətəndaş isə yüngül  yaralanıb. 

Məlumatı Xarkov Vilayət Hərbi Administrasiyasının sədri Oleq Sinegubov təsdiqləyib.

Məğrur,
Sitat.info



Xəbər xətti