İsrail ordusu yenidən Dəməşqi vurdu - Video

10:54 31 Mart 2023

İsrail ordusu Suriyanın paytaxtı Dəməşq şəhərinə raket zərbələri endirib.

Sitat.info xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

“Gecə saatlarında (01:17) Qolan təpələrindən Dəməşq əyaləti istiqamətinə raket zərbələri endirilib. Hava hücumundan müdafiə vasitələrimiz raketlərdən bir neçəsini vurub”, - SANA qeyd edib.

Məlumata görə, zərbələr nəticəsində dağıntılar var.

Qeyd edək ki, martın 30-da da İsrail ordusu Dəməşqdəki SEPAH bazalarına raket zərbələri endirmişdi.



Xəbər xətti