Ukraynada şəhər meri Rusiya hərbçiləri tərəfindən qaçırılıb

23:00 11 Mart 2022

Ukraynanın işğal olunmuş Melitopol şəhərində 10 nəfər rusiyalı hərbçisi şəhər meri İvan Fedorovu qaçırıblar.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bundan əvvəl o, Rusiya ilə əməkdaşlıq etməyi rədd edib, habelə şəhərin humanitar fəlakətin astanasında olduğunu bildirib.

Daxili işlər nazirinin müşaviri Anton Geraşenko teleqram kanalından bildirib ki, rusiyalı hərbçilər İ.Fedorovu böhran mərkəzində çalışdığı zaman aparıblar.



Xəbər xətti