Hindistanda 10 yaşlı uşaq boş tarlada boğazı kəsilmiş halda tapılıb.
Sitat.info-nun xarici mediaya istinadən məlumatına görə, 10 yaşlı uşağın qohumları tərəfindən qurbanlıq mərasimində öldürüldüyü iddia edilir.
Araşdırmalara başlandıqdan sonra tapılan dəlillərdə öldürülən uşağın qohumunun 2,5 yaşlı oğlunun xəstə olduğu və heç bir müalicəyə reaksiya vermədiyi müəyyən edilib. Həmin şəxs daha sonra yaxınlıqdakı bir falçı ilə məsləhətləşib.
Səlahiyyətlilər, falçının ona insan qurbanı verməli olduğunu dediyini bildirib. Bundan sonra həmin şəxs digər qohumu ilə birlikdə uşağı qətlə yetiriblər.
Şənbə günü həbs edilən üç şübhəli qətldə ittiham olunur.
Hindistan Milli Cinayət Qeydiyyatı Bürosunun məlumatına görə, 2014-2021-ci illər arasında qurban kəsmə mərasimlərində 103 nəfər öldürülüb. Bunun çoxu pul, uşaq sahibi olmaq və yaxşılaşmaq üçün edilib.