24-26 mart tarixlərində ABŞ-ın Nyu-york şəhərində 5000 tələbənin iştirakı ilə BMT Model Konfransı keçirilib. 15-dən çox Azərbaycanlı tələbə “Shane Academy”- nin təşkilatçılığı ilə bu tədbirdə iştirak ediblər.
Bu tədbir BMT-nin Dünya modelini dəyişməklə bağlı olan tədbirləri arasında ən prestijlisi heab edilir. 142-dən çox BMT-yə üzv dövlətləri təmsil edən 5000-dən çox tələbə burada səfir rolunda ölkələrini təmsil edirlər.
“Dünyanın dəyişdirilməsi” layihəsinin əsas qayəsi sabahın liderlərinin şüurlu formalaşmasına töhvə verərək, demokratiya və tolerantlıq dəyərlərinə əsaslanan inkişaf etmiş dünya yaratmaqdır. Bu səbəbdən gənclərə yönəlmiş bu tədbirdə dünya siyasətinin və diplomatiyasının aparıcı simaları gənclərlə həmsöhbət olaraq onlara öz tövsiyələrini verdilər. Tədbir zamanı Azərbaycanlı tələbələrin fəal iştirakı nəticəsində onlar müxtəlif seqmentlər üzrə medal, sertifikat və müxtəlif hədiyyələr ilə mükafatlandırıldılar.
Azərbaycanlı tələbə- Nəzrin Hüseynli öz səfər təəssüratını bu cür qeyd etdi:
“Təhsil aldığım kurs şübhəsizki, mənə bu kimi tədbirlərə hazırlanmağa kömək etdi. Konfrans zamanı müxtəlif ölkələrdən olan şəxslərlə əlaqə qurmaq imkanı yarandı. Əlbəttə ki, beynəlxalq dil olan ingilis dili biliyim uğurlu və səmimi kommunikasiya yaratmaqda mənə kömək etdi. Shane akademiyada təhsil aldığım zaman bizim üçün yaradılmış ingilis dilində real danışıq mühiti mənə konfrans zamanı özümə inanmağa kömək etdi. Xüsusilə Shane akademiyanın müəllimi Jalə Bəhramova ilə olan dinləmə dərslərimiz mənə konfransda müzakirə edilən məsələləri aydın və dərindən qavramağa yardımçı oldu".
Xatırladaq ki, Azərbaycanlı tələbələrin BMT-nin irimiqyaslı tədbirində iştirak etmələrini təşkil edən və asanlaşdıran “Shane Academy”-nin dünyanın 13 müxtəlif ölkəsində filialı və 250-dən çox məktəbi var. Azərbaycanda isə yalnız bir filialı Bakı şəhərində fəaliyyət göstərir. Tələbələrin xaricdə təhsil almaq xəyallarının gerçəkləşməsinə kömək olan “Shane Academy” onlara bu prosesin bütün mərhələlərində peşəkar heyətlə dəstək göstərir.
Səid
Sitat.info