Qazaxıstanın aviaşirkəti Rusiyaya uçuşları dayandırıb

10:25 12 Mart 2022

Qazaxıstanın “Qazaq Air” aviaşirkəti Rusiyaya uçuşları dayandırıb.

Bu barədə aviaşirkətin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, qərara səbəb Rusiyaya kommersiya uçuşları üçün sığorta təminatının dayandırılmasıdır.

Qeyd edək ki, bir gün əvvəl Qazaxıstanın “Air Astana” aviaşirkəti də eyni səbəbdən Rusiya Federasiyasından və onun hava məkanından bütün uçuşları dayandırdığını elan etmişdi.



Xəbər xətti