Şəmkirdə polislər və məhkəmə icraçıları birləşib yaşlı qadını sürüyərək, zorla evdən çıxarıblar.
Sitat.info xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər yayılıb.
***
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov saytımıza açıqlamasında bildirib ki, sosial şəbəkələrdə Şəmkir rayon Çinarlı qəsəbə sakini olan bir qadına qarşı zor tətbiq edilməsi ilə bağlı görüntülər təhrif olunmuş şəkildə təqdim edilib:
"Məlumat üçün qeyd edim ki, mart ayının 30-da Şəmkir Rayon Polis Şöbəsinə Şəmkir İcra və probasiya Şöbəsindən rayon sakini Vəzifə Musayevanın icra işinə maneə yaratması və icra məmuruna qarşı zor tətbiq etməsi barədə akt, rayon sakini Vəzifə Musayeva tərəfindən isə icra məmuru tərəfindən döyülməsi ilə bağlı şikayət ərizəsi daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar nəticəsində məlum olub ki, Şəmkir Rayon Məhkəməsində tələbkar vətəndaşın mülkiyyətində olan torpaq sahəsində olan 3 nəfər vətəndaşın çıxarılması ilə bağlı qərar qəbul edilərək İcra və probasiya Şöbəsinə göndərilib. İcra məmurları vəzifə borclarını yerinə yetirən zaman Vəzifə Musayeva onların qanuni tələblərinə tabe olmayaraq onlara mane yaratmış, icra prosesi dayandırılmasa əməkdaşlara və özünə xəsarət yetirəcəyini bildirib. Niyyətinə nail ola bilmədikdə isə V. Musayeva özünə daşla xəsarət yetirərək İcra Xidmətinin əməkdaşları tərəfindən döyüldüyünü bildirərək polisə müraciət edib. Faktla bağlı araşdırmalar davam etdirilir".
Həmin görüntüləri təqdim edirik:
/Yenipress.az