SON DƏQİQƏ! KƏŞFİYYAT MƏLUMATI: Ruslar Kiyevin 25 kilometrliyində, şəhər mühasirəyə alınır

11:04 12 Mart 2022

Kiyevin şimal-qərbində, şəhərin mərkəzindən təxminən 25 kilometr məsafədə Rusiya quru qüvvələrinin əsas hissəsi ilə döyüşlər davam edir.

SİTAT.İNFO xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, Kiyevin şimalındakı Rusiya hərbi qüvvələrinin böyük kolonu səpələnib və çox güman ki, bu, Rusiyanın şəhəri mühasirəyə almaq cəhdinə xidmət edəcək.

Lakin eyni zamanda kəşfiyyat xidməti bunun Ukraynanın Rusiya qüvvələrinə ciddi zərbə vuran əks-hücumlarına qarşı zəifliyini azaltmaq üçün Rusiyanın cəhdi olduğunu istisna etmir.

"Xarkov, Çerniqov, Sumi və Mariupol şəhərləri mühasirədə qalır və Rusiyanın ağır atəşinə məruz qalmağa davam edir", məlumatda qeyd olunub.(APA)



Xəbər xətti