Şimali Qafqazda zəlzələ olub

19:00 1 Aprel 2023

Rusiyanın Şimali Qafqaz bölgəsində yerləşən Stavropol diyarının mərkəzi Pyatiqorskdan 99 km məsafədə 4,3 maqnitudalı zəlzələ olub.

Sitat.info xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar saat 18:03-də 15 km dərinlikdə qeydə alınıb.

Yerli KİV-dəki məlumata görə, yeraltı təkanlar Kislovodsk, Georgiyevsk, Yessentuki və Mineralnıye Vodıda hiss olunub.



Xəbər xətti