Müharibənin kilidləndiyi Baxmutda son vəziyyət

13:46 3 Aprel 2023

Ukraynanın Donetsk bölgəsində yerləşən Baxmut cəbhəsində ağır silahların istifadə edildiyi qarşıdurmalar intensiv şəkildə davam edir.

Sitat.info-nun xarici mediaya istinadən verdiyi məlumata görə, Ukrayna boyu Xarkov, Xerson, Zaporojye və Luqansk vilayətlərində iki ordu arasında müharibə davam edərkən, son zamanların ən gərgin qarşıdurmaları Donetsk bölgəsində yaşanır. Sözügedən bölgədə xüsusilə Baxmut, Avdeevka, Marinka və Uğledar kimi şəhərlərdə gecə-gündüz şiddətli qarşıdurmalar davam edir.

Bölgənin digər qaynar nöqtələrində olduğu kimi, hər iki ordu Baxmut ətrafındakı qarşıdurmalarda daha çox artilleriya sistemləri, tank, minaatan və digər silahlardan istifadə edir. Döyüş təyyarələri və helikopterlərin də istifadə olunduğu cəbhədə tez-tez partlayış səsləri eşidilir.

Təhlükəsizlik məqsədilə “qırmızı ərazi” elan edilən Baxmut şəhəri ətrafındakı cəbhə xəttində artilleriya atəşi intensiv şəkildə davam edir. Rus ordusunun üç tərəfdən mühasirəyə aldığı Baxmut şəhərinə gedən yeganə yol Çasov Yar şəhərindən keçdiyi üçün bu marşrut da rus qüvvələrinin hədəfindədir.

Rusların hücumları nəticəsində ciddi ziyan görən və hər an partlayış səsləri eşidilən Çasov Yarda davamlı hücum təhlükəsi səbəbindən küçələrdə həyat dayanıb.



Xəbər xətti