"WhatsApp"da gözlənilən yeni funksiya: Bundan sonra...

14:17 3 Aprel 2023

"WhatsApp"da istifadəçilərin məxfiliyini artırmaq üçün yeni funksiya yeni funksiya işə salınır. Yenilik "WhatsApp"ın beta 2.23.8.2 versiyasında görülüb.

Sitat.info BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Sözügedən funksiya yalnız barmaq izi və ya parol ilə girişi təmin edərək fərdi söhbətləri kilidləməyə (bloklamağa) imkan verir.

Beləliklə, istifadəçinin yazışmaları üçüncü tərəflərdən qorunur.

Qeyd olunur ki, bloklanmış söhbətə göndərilən foto və ya video kimi media faylları avtomatik olaraq cihazın yaddaşında saxlanmayacaq.

Yeni funksiya gələcək messenger yeniləməsində əlavə olunacaq.

Onun nə vaxt geniş istifadəçi kütləsi üçün əlçatan olacağı məlum deyil.



Xəbər xətti