Dünən şəhid olan Novruz cüdoçu imiş... - Fotolar

18:38 3 Aprel 2023

Dünən Tərtər rayonunun azad edilmiş hissəsində minaya düşərək şəhid olan Novruz Niftalıyev “Qəbələ” İdman Klubunun cüdo bölməsinin üzvü olub.

Sitat.info xəbər verir ki, bu barədə “Qəbələ” klubu məlumat yayıb.

Məlumata görə, o, 2013-18-ci illərdə klubun şərəfini qoruyub. Novruz klubun məşqçisi Rail İsmayılovun rəhbərliyi altında beş ildən artıq hazırlıq keçib. Niftalıyev bu müddətdə dəfələrlə müxtəlif turnirlərin qalibi və mükafatçısı olub.

Aprelin 2-də minaya düşərək həlak olan 2004-cu il təvəllüdlü Niftalıyev Novruz Eldəniz oğlu Qəbələ rayonu Nohurqışlaq kəndində dəfn edilib.




Xəbər xətti