İran Azərbaycanın bu rayonunda hər gün təxribat törədir - ŞOK AÇIQLAMA

19:11 3 Aprel 2023

Yardımlı İranla sərhəddə yerləşir. Dünən insanlarla görüşəndə də dedim, bir az ehtiyatlı olmaq lazımdır. Demək olar ki, hər gün sərhəddən narkotik keçirənlər tutulur. İran ölkəmizə təxribat əli uzadır.

Sitat.info Bakupost.az-a istinadən xəbər verir ki, bu fikirləri ötən gün Yardımlıda səfərdə olan VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib.

Millət vəkili İranın təxribatlarına rəğmən, Yardımlıda narkotiklə məşğul olanların sayının xeyli azaldığını vurğulayıb:

"Bu da rayonun polis işçilərinin səyi nəticəsindədir. Amma İran tərəfindən proses gedir”.



Xəbər xətti