Ceyhun Bayramov Qazaxıstanın keçmiş xarici işlər naziri ilə telefonla danışıb

21:46 3 Aprel 2023

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstanın keçmiş xarici işlər naziri Muxtar Tleuberdi arasında telefon danışığı baş tutub.

Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Nazir Muxtar Tleuberdinin dost və qardaş Qazaxıstan Respublikasının xarici işlər naziri vəzifəsində çalışdığı müddətdə Azərbaycan və Qazaxıstan arasında strateji xarakter kəsb edən ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlığın genişləndirilməsində göstərdiyi səyləri məmnunluqla xatırlayaraq, iki ölkə arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə qarşı tərəfə təşəkkürünü bildirib.

C.Bayramov Muxtar Tleuberdiyə bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.



Xəbər xətti