Niderlandda Vorshoten kəndinin yaxınlığında sərnişin qatarı inşaat texnikası ilə toqquşduqdan sonra relsdən çıxıb.
“Sitat.info” “Reuters”ə istinadən xəbər verir ki, qəza nəticəsində 1 nəfər həlak olub, 30-a yaxın şəxs isə xəsarət alıb.
Ümumilikdə qatarda 50 nəfərin olduğu bildirilir. Hazırda hadisə yerində xilasedicilər öz işini davam etdirir.
Qəza səbəbindən müvəqqəti olaraq Leyden və Haaqa arasında qatarların hərəkəti məhdudlaşdırılıb.