Putini devirmək istəyən 2 FSB generalı həbs olundu -  FOTOLAR

13:41 12 Mart 2022

Rusiya prezideti Vladimir Putinin Federal Təhlükəsizlik Xidmətində (FSB) “təmizləmə” işlərinə başladığı iddia olunur.

SİTAT.İNFO xəbər verir ki, “təmizləmələr” əsasən FSB-nin 5-ci şöbəsində başlayıb.

Bu şöbə Ukraynadakı mövcud siyasi-ictimai vəziyyətlə bağlı səhv hesabatlar hazırlamaqda ittiham olunur.

Qərb mənbələri isə bir neçə FSB generalının Putini hakimiyyətdən kənarlaşdırma cəhdinə görə həbs edildiyini iddia edir.Onlardan ikisinin adı açıqlanıb: FSB-nin xarici kəşfiyyat xidmətinin rəhbəri Sergey Orestoviç və onun müavini Anatoli Bolyux. (manset.az)



Xəbər xətti