Milli Məclis Fransa senatının qəbul etdiyi qərarlarla bağlı bəyanat qəbul etdi

12:51 4 Aprel 2023

Milli Məclis Fransa senatının qəbul etdiyi qərarlarla bağlı bəyanat qəbul edib.

11:50

Milli Məclis Fransa senatının Azərbaycana qarşı son zamanlar qəbul etdiyi qərarlarla bağlı bəyanat layihəsi hazırlayacaq.

Sitat.info xəbər verir ki, layihənin hazırlanması üçün yaradılacaq komissiyanın sədri Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov təyin edilib.

Parlament sədrinin birinci müavini Əli Hüseynli təklif edib ki, komissiyanın üzvləri deputatlar Ziyafət Əsgərov, Elşən Musayev, Əziz Ələkbərli və Sevil Mikayılova bəyanat layihəsini hazırlasın.

Qeyd edək ki, Fransa Senatında martın 16-da növbəti dəfə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş, beynəlxalq hüquqa açıq hörmətsizlik ifadə edən konfrans keçirilib.



Xəbər xətti