Bakıda EVƏ BASQIN: Qadının pul və qızılını apardılar

13:40 4 Aprel 2023

Bakıda evə basqın olub.

Sitat.info lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu Ziya Bünyadov prospektində qeydə alınıb.

Orada yerləşən Kəmalə Nəsirovaya məxsus evə basqın edən naməlum kişi qadını bıçaqla hədələyərək külli miqdarda pulunu və qızıllarını götürərək qaçıb.

Qadın hadisə barəsində polisə məlumat verib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin Ağdam sakini Ceyhun Qurbanov olması müəyyən edilərək saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb. Araşdırılma aparılır.



Xəbər xətti