Bakı Zooparkında pələng balaları doğuldu: Adlarını siz qoyun - FOTO/VİDEO

15:32 4 Aprel 2023

Bakı Zooloji Parkında pələng balaları doğulublar.

Sitat.info xəbər verir ki, bu barədə parkın sosial şəbəkə hesabında məlumat verilib.

Bildirilib ki, pələnglərin biri erkək, 2-si isə dişidir. Çəkiləri 5,4-5,7 kq aralığında olan balalar əraziyə hələ öyrəşmədiklərinə görə, anadan ayrılmırlar. Qidalarını isə ana pələng öz yuvasına gətirir. 

Yeni doğulmuş pələng balalarına hələ ki, ad verilməyib. Park rəsmiləri adların sosial şəbəkə istifadəçiləri tərəfindən seçilməsini istəyirlər. Bunun üçün ən yaxşı ad təkliflərinin rəy bölməsində qeyd olunması da bildirilib. 

Məlumatda qeyd olunub ki, pələng balaları 4 yaşında müstəqil həyata başlayırlar. Yeni doğulmuş pələng balalarının gözləri və qulaqları açılmamış vəziyyətdə olur. Bu vaxtadək onlar analarının müşahidəsi altında olurlar. 



Xəbər xətti