TikTok 12,7 milyon funt sterlinq cərimələndi

15:43 4 Aprel 2023

Böyük Britaniyanın İnformasiya Komissarlığının Ofisi sosial media platforması TikTok-un müxtəlif səbəblərə görə, o cümlədən uşaqların məlumatlarından sui-istifadəsinə görə 12,7 milyon funt sterlinq (təxminən 15,9 milyon dollar) cərimələyib.

Sitat.info-nun məlumatına görə, 2020-ci ildə İngiltərədə 13 yaşdan kiçik 1,4 milyon uşaq qaydalara zidd olsa da, TikTokdan istifadə edib.

13 yaşından kiçik uşaqların şəxsi məlumatlarının valideyn razılığı olmadan istifadə edildiyi ifadə edilən açıqlamada, “TikTok platformadan kimin istifadə etdiyinə dair adekvat nəzarət etmədi və 13 yaşından kiçik uşaqların çıxarılması üçün lazımi tədbir görmədi" – deyilib.

Məlumatların qanuni, ədalətli və şəffaf şəkildə işlənməsini təmin etməməklə Böyük Britaniyanın Ümumi Məlumatların Qorunması Qaydasını pozduğu qənaətinə gəlinib.

Araşdırma nəticəsində Tiktok-a 12,7 milyon funt-sterlinq cərimə tətbiq edilməsinə qərar verilib./Manset.az



Xəbər xətti