Kremldən Finlandiya ilə bağlı AÇIQLAMA

17:05 4 Aprel 2023

Rusiya Finlandiyanın rəsmi NATO üzvlüyünə reaksiya verib.

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kremlin sözçüsü Dmitri Peskov üzvlük qərarının Finlandiya ilə ikitərəfli münasibətlərə xələl gətirməyəcəyini bildirib. Finlandiyanın deyil, NATO-nun Rusiya üçün təhdid olduğunu vurğulayan Peskov, "Alyans (NATO) düşmən bir quruluşdur və Rusiya Federasiyasının düşmənidir" – deyib.

"NATO-nun genişlənməsi bizim təhlükəsizliyimizə və Rusiyanın milli maraqlarına hücumdur. Biz bunu belə qəbul edirik və bu, bizi təhlükəsizliyimizi təmin etmək üçün taktiki və strateji əks tədbirlər görməyə məcbur edir", - Peskov bildirib.

O, Ukraynanın NATO-ya üzv olması ehtimalı ilə bağlı deyib:

"Prinsipcə, Finlandiyanın vəziyyəti Ukraynadan çox fərqlidir. Finlandiya heç vaxt Rusiya əleyhinə olmayıb və Finlandiya ilə heç vaxt münaqişəmiz olmayıb. Ukraynada vəziyyət tamamilə əksinədir. Bu vəziyyət xüsusi hərbi əməliyyatlarla hədəflərə çatmağı zəruri edib”.



Xəbər xətti