Bakı Şin Zavodunda yanğın olub

21:30 4 Aprel 2023

Bakı Şin Zavodunda yanğın olub.

Sitat.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Nərimanov rayonunda Bakı Şin Zavodunun (hazırda fəaliyyət göstərmir) ərazisində üçmərtəbəli, istifadəyə yararsız vəziyyətdə olan binanın 3-cü mərtəbəsində kəsilməkdə olan, 6 ton tutumlu çənin içərisində qır qalıqları və ətrafında 15 m² sahədə məişət tullantıları yanıb.

Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.



Xəbər xətti