1 saylı Psixiatriya xəstəxanasına yeni təyin olunan baş həkim kimdir? - DOSYE

11:23 5 Aprel 2023

Səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən Orxan Rasim oğlu Cəfərov Respublika Psixiatriya Xəstəxanasının baş həkimi vəzifəsinə təyin olunub.

Sitat.info yeni təyin edilən baş həkimin bioqrafiyasını təqdim edir:

Orxan Rasim oğlu Cəfərov 2011-ci ildə Azərbaycan Tibb Universitetini bitirib. O, müxtəlif səhiyyə müəssisələrində, əsasən 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında həkim psixiatr olaraq çalışıb. 

Daha sonra, 2020-ci ildən isə Respublika Narkoloji Dispanserin baş direktoru vəzifəsinə təyin olunub. Həkim psixiatr, narkoloq Orxan Cəfərov "Fəxri həkim" adına layiq görülüb.



Xəbər xətti