Bakıda yeni tikilən metro stansiyası ilə bağlı AÇIQLAMA - Bu tarixdə təhvil veriləcək

11:37 5 Aprel 2023

"Yeni stansiyanın inşaası ilə bağlı İşlər öz axarı ilə gedir. Dördüncü səviyyədə işlər davam edir. Tunellərdə də infrastrukturun qurulması ilə bağlı işlər aparılır".

Bu sözləri BAKU.WS-ə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Qurum rəsmisi əlavə edib ki, şərti adı "B-4" olan stansiyanın 2024-cü ilin sonu 2025-ci ilin ilk yarısında təhvil verilməsi planlaşdırılıb: "Əgər inşaat işləri öz planı ilə getsə və qeyri-adi heç nə baş verməzsə, təhvil verilmə prosesində problem olmayacaq".



Xəbər xətti