Beynəlxalq Qarabağ Forumu növbəti konfranslarına hazırlaşır

15:22 5 Aprel 2023

Bu gün Beynəlxalq Qarabağ Forumunun 2023-cü il mart toplantısı Şamil Mehdinin moderatorluğu ilə keçirilib.

Sitat.info xəbər verir ki, BQF-nin mətbuat xidmətinin yaydığı məlumatda toplantıda ay ərzində görülən işlər haqqında məlumat verilib, beynəlxalq ictimai-siyasi vəziyyət, xüsusilə Türkiyədə növbəti prezident seçkiləri, Azərbaycan-İran münasibətlərində yaşanan gərginlıik, Ermənistan-Azərbaycan arasında hazırkı durum və bir sıra cari məsələlər müzakirə olunub. 

Yeni üzvlər hesabına Forumun təsir dairəsi getdikcə genişlənir. Bu dəfə Gürcüstan vətəndaşı, ixtisasca fizik olan soydaşımız Ələddin Qarabağlı müraciət edərək foruma qoşulub.

Türkiyədə may ayında baş tutacaq prezident seçkiləri və İranın regional siyasətində gərginliyin artması toplantı iştirakçıları tərəfindən ciddi arqumentlərlə təhlil olundu və mülahizələr irəli sürülüb. Çünki, baş verən olaylar Cənubi Qafqazda siyasi və iqtisadi fəaliyyətə ciddi təsir edən amillərdir.

Moskvadan professor Kamran Rüstəmov, Elşən İbrahimov, Təhmasib Zeynalov, Türkiyədən Kerem Karabulut, Cafer Dal və Gürsoy Solmaz, Gürcüstandan Ələddin Qarabağlı, Azərbaycandan Akif Nağı və Novruz Novruzbəyli müzakirə olunan məsələlər barədə fikirlərini bölüşüblər.

Forumun koordinatoru Akif Nağı may ayında “Qarabağ: dünən, bu gün və sabah” adlı konfransa hazırlığın son mərhələdə olduğunu, bu ilin payızında isə Türkiyədə keçirilməsi planlaşdırılan ikinci, daha böyük elmi məclisə hazırlığın davam etdiyini diqqətə çatdırdı, bu istiqamətdə alimlərin və tədqiqatçıların səylə çalışdığını bildirib. 

Məğrur,

Sitat.info

 



Xəbər xətti