Ermənilər Qarabağ ərazisində kameraları sökür: Deyəsən köç başlayır... VİDEO

16:03 12 Mart 2022

Ermənilər Qarabağ ərazisində kameraları sökməyə başlayıblar. SİTAT.İNFO xəbər verir ki, bu görüntüləri tanınmış hərbi ekspert Ədalət Verdiyev paylaşıb. 

O, bu paylaşıma "Deyəsən köç başlayır" sözlərini əlavə edib. Qeyd edək ki, son günlər Rusiya sülhməramlılarının bir hissəsinin Qarabağdan çıxması ilə bağlı görüntülər, Qarabağ separatçılarının himayəçisi olan Rusiyanıpn Ukrayna cəbhəsində verdiyi dəhşətli itkilər, erməni separatçılarına qarşı ordumuzun həyata keçirdiyi cavab tədbirləri, nöqtə atışları ilə hərbi obyektlərin məhv edilməsi separatçıları qorxuya salıb. Bu mənada artıq qanunsuz erməni silahlarının sağ qalmaq üçün Qarabağı tərk edəcəyi istisna edilmir. 

SİTAT.İNFO həmin görüntüləri təqdim edir. 

 

 



Xəbər xətti