Alen Simonyanla Nikol Paşinyan arasındakı iplər qırılmaq nöqtəsinə çatıb.
Sitat.info xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Erməni nəşri yazır ki, dünən Ermənistanda hakim “Vətəndaş müqaviləsi” (VM) fraksiyasının departamentinin iclasında Ermənistan Milli Məclisin sədri Alen Simonyanın davranışı və əxlaqı müzakirə olunmasa da, birinci prezident Levon Ter-Petrosyanın təklifi ilə Simonyanın MM spikeri vəzifəsindən geri çağırılması barəsində söhbətlər gedib.
Qəzetin iddiasına görə, hakim partiyada onun gedib-qalması ilə bağlı fikir ayrılıqları yaranıb:
“VM-nin bir qanadı MM sədrinə qarşı proses yaratmaq qərarına gəlib ki, bu proses həm “Facebook” statusları, həm də silsilə dərc olunan müsahibələr vasitəsilə həyata keçirilir”.