Azərbaycanın daha bir sərbəst güləşçisi Aydın Əhmədov Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında Ermənistan təmsilçisini məğlub edib.
"Report"un məlumatına görə, 125 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda Hovhannes Maqnakyana qalib gələrək yarımfinala yüksəlib.
74 kq-dakı Cəbrayıl Hacıyev digər erməni güləşçi Menua Yaribekyanı və avstriyalı Simon Marçlı məğlub edərək yarımfinala adlayıb.
Abubakr Abakarov (86 kq) 1/8 finalda bolqarıstanlı Xristo İliyevi, ardınca isə Fransanı təmsil edən Rahim Maqamedovu yenib.
Abdulcəlil Şabanov (92 kq) 1/8 finalda albaniyalı Emiliano Onuziyə qalib gəlsə də, 1/4 finalda gürcüstanlı Daviti Koquaşvili ilə bacarmayıb.
Hacıyev finala gedən yolda türkiyəli İsmet Çiftçi ilə, Abubakr onun həmyerlisi Emre Çiftçi ilə, Əhmədov isə Solomon Manaşvili (Gürcüstan) - Azamat Khosonov (Yunanıstan) cütünün qalibi ilə görüşəcək.
Qeyd edək ki, yarımfinallar Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.