Bakıda məktəbdə kütləvi zəhərlənmə olub.
Lent.az-ın xəbərinə görə, hadisə paytaxtın Yasamal rayonunda yerləşən, A.Hüseynzadə adına 20 nömrəli məktəbdə qeydə alınıb.
Məktəb işçilərinin sözlərinə görə, şagirdlər arasında olan kütləvi zəhərlənmə bufetin özel şirkətlə müvafiq razılaşması əsasında hazırlanan qidalarla bağlıdır.
Bakı şəhəri üzrə Təhsil İdarəsindən Sitat.info-ya verilən məlumata görə, faktla bağlı araşdırma aparılır.