Moskvada hərbi texnika zavoduna dron düşdü

14:25 6 Aprel 2023

Moskva vilayətinin Ximki şəhərində yerləşən Akademik P.D adına “Fakel” maşınqayırma zavoduna kameralı dron düşüb.

Sitat.info xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.

Zavodda “Tor” və “S-400”kimi hava hücumundan müdafiə sistemlərini istehsal edilir.

Dronun texniki nasazlıq səbəbindən düşdüyü bildirilir.

Qeyd edək ki, şəhər Moskvanın mərkəzindən 18 kilometr şimal-qərbdə yerləşir.



Xəbər xətti