Kərəcdə müəllimlərin etiraz aksiyaları başladı

14:40 6 Aprel 2023

İranın Kərəc şəhərində müəllimlər etiraz aksiyası keçiriblər.

Sitat.info xəbər verir ki, bu barədə İran Təhsil İşçiləri Həmkarlar İttifaqı Təşkilatlarının Koordinasiya Şurası məlumat yayıb.

Təhsil Nazirliyinin yerli nümayəndəliyinin qarşısına toplaşan etirazçılar əvvəlki aylardan qalan əmək haqlarının ödənilməsini tələb ediblər. Etirazçılar bildirib ki, qanunla nəzərdə tutulan xidmətlərdən də istifadə edə bilmirlər.

Qeyd edək ki, bir neçə gün əvvəl İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Mahmud Əhmədi Biğəş hakimiyyət müəllimlərin əmək haqlarını verə bilməməkdə ittiham etmişdi:

"Müəllimlərin bir aylıq əmək haqlarını ödəməyə gücü çatmayanlar böyük iddialar edirlər".



Xəbər xətti